03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış amerikalı yazar “ABŞ-Azərbaycan Mədəniyyət Fondu” yaradıb

11.07.2022

ABŞ-da fəaliyyət göstərən amerikalı jurnalist Nurit Qrinqer (Nurit Greenger) "ABŞ-Azərbaycan Mədəniyyət Fondu” yaradıb.

"DM" xəbər verir ki, bu barədə xəbəri o, öz feysbuk səhifəsində paylaşıb.

Xanım Qrinqer yazır: "2022-ci ilin iyun ayı ərzində Azərbaycanda oldum, o cümlədən işğaldan azad edilmiş ərazilərə səfər etdim və Şuşa şəhərinə səfərimi yekunlaşdırdım. Bu səfərlə bağlı məqalələrim geniş yayıldı. İndi isə yeni bir publisist səyahətinə çıxdım və "ABŞ-Azərbaycan Mədəniyyət Fondu”nu təsis etdim. Fondun məqsədi Azərbaycan və ABŞ, xüsusən də Qərblə, mədəniyyət, media, bədii və sənədli filmlərin yaradılması ilə iki ölkə arasında əlaqələrin möhkəmləməsinə töhfə verməkdir. Ümid edirəm ki, çoxunuz bizə bu missiyada dəstək olacaqsınız”.