02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şri-Lanka prezidenti vəzifəsi ilə bağlı qərarını verib

11.07.2022

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa istefaya getməyə hazır olduğu barədə Baş nazir Ranil Vikramasinqheni məlumatlandırıb.

Şənbə günü dövlət başçısının iqamətgahının ələ keçirildiyi və 100-dən çox insanın yaralandığı iğtişaşlar fonunda Rajapaksa iyulun 13-də vəzifəsini tərk edəcəyini bildirib. Onun harada olduğu isə hələ də məlum deyil.

Bundan əlavə, Şri-Lanka parlamentinin bir neçə deputatı Baş nazir Ranil Vikramasinqhedən hazırkı dövlət başçısı Qotabaya Rajapaksanın istefasından sonra ölkə prezidenti vəzifəsini tutmağı və iqtisadi böhranın həllini yarı yolda qoymamağı xahiş edib.

Vikramasinqhe hakimiyyətdə qalarsa, o, çərşənbə günü Rajapaksa istefa verdikdən sonra prezident kimi and içəcək və prezident seçkisinə qədər Beynəlxalq Valyuta Fondu ilə razılaşmanın yekunlaşdırılması və iqtisadiyyatın bərpası məsələlərini diqqətdə saxlayacaq.

Eyni zamanda Vikramasinqhenin yerinə yeni hökumət başçısının namizədliyinin adı açıqlanmır.

İyulun 9-da minlərlə etirazçı prezidentin istefası tələbi ilə Kolombo küçələrinə çıxıb. Onun iqamətgahını ələ keçirdikdən sonra etirazçılar Rajapaksa vəzifəsindən getməyənə qədər oranı tərk etməyəcəklərini bəyan ediblər. Fəallar həmçinin Vikramasinqhenin iqamətgahını da zəbt ediblər və o da istefa vermək niyyətində olduğunu açıqlayıb.

Etirazçıların narazılığına ölkədə iqtisadi vəziyyətin pisləşməsi səbəb olub. Vikramasinqhe əvvəllər açıqlama verib ki, onun ölkəsi müasir tarixin ən pis böhranı ilə üz-üzədir. Hökumət başçısının qeyd etdiyi kimi, respublikada xarici valyuta, yanacaq və neft məhsulları, gübrələr, əhalinin müəyyən qrupları üçün məhsullar, dərman preparatları ilə bağlı ciddi qıtlıq yaşanır. O hesab edir ki, iqtisadi böhrandan tam çıxmaq üçün üç il və ya daha çox vaxt lazımdır.

Mənbə: Reuters