03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyanın sonu belə olacaq - Reznikov açıqlayıb

11.07.2022

Yaxın bir neçə ildə Rusiyanın parçalanması prosesi başlayacaq. O, müxtəlif dövlətlərə bölünəcək - Tatarıstan, Başqırdıstan və s. Dünyada isə Ukraynanın qələbəsini görmək istəyən antikreml koalisiyası artıq yaranıb.

"DM" xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Sandi Tayms” qəzetinə müsahibəsində deyib.

"Əminəm ki, yaxın bir neçə ildə biz Rusiya ərazisində suverenliyə çağırışlar yürüşü görəcəyik. Rusiya Federasiyası Tatarıstan, Başqırdıstan və bu kimi ölkələrlə öz həyatına son qoyacaq", - Reznikov bildirib.

Qeyd edək ki, bundan öncə "Rusiyanın bir neçə dövlətə bölünməsinin strateji zəruriliyi” mövzusunda ABŞ hökumətinin müzakirələr keçirdiyi haqda məlumat yayılmışdı.