Gürcüstanda ard-arda zəlzələ: Türkiyədə də hiss edilib 
    
                          
     
                         11.07.2022
 
    
                        Gürcüstanın Ninotsminda şəhərində 4,5 bal gücündə zəlzələ olub.
"DM" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerin 11,95 km dərinliyində meydana gələn zəlzələ Türkiyənin Ardahan vilayətində də hiss edilib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, etnik ermənilərin kompakt yaşadığı Ninotsiminda şəhəri ölkənin Türkiyə və Ermənistanla sərhədlərinin yaxınlığında yerləşir.