30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DTX güzəştli mənzil seçiminə müdaxilə halları ilə bağlı xəbərdarlıq edib

08.07.2022

Kənardan müxtəlif proqram təminatçıları tərəfindən 30 martda güzəştli mənzillərin seçim prosesinə müdaxilələr araşdırılıb.

"DM"xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Günel Hüseynova deyib.

Onun sözlərinə görə, başlanmış cinayət işi üzrə araşdırma aparılıb, mənzillərin güzəştli şərtlərlə seçimi həyata keçirilərkən qeyd olunan seçimlərin sürətli aparılması aşkarlanıb: "Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.

DTX əməkdaşı əlavə edib ki, son dövrlərdə kibercinayətlərin sayı artıb.

"Hər bir cinayətdən danışanda onun subyekti çox əhəmiyyətlidir”, - Günel Hüseynova vurğulayıb.

O qeyd edib ki, gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və ya onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar.