09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Misir Mərdanov: “Televiziyada tərbiyəsi olmayan tərbiyədən danışır”

08.07.2022

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib.

"DM" "Report”a istinadən xəbər verir ki, o, ağsaqqallar və veteranların təmsil olunduğu Qeyri-hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır.

"Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdırlar. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, - M.Mərdanov bildirib.