29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BVF Rusiyaya qarşı sanksiyaların Azərbaycanın bank sektoruna təsirini açıqlayıb

08.07.2022

Rusiyaya qarşı sanksiyalar indiyədək Azərbaycanın bank sektoruna məhdud təsir göstərib.

Bu proqnozlar Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Rusiyanın mühüm ticarət tərəfdaşı kimi rolunu nəzərə alınarsa, bankları alternativ sistemlərə müraciət edə bilərlər. BVF tövsiyə edir ki, rəsmilər bankların alternativ ödəniş sistemlərindən və ya kriptovalyutalardan istifadəsini yaxından izləməlidir.

BVF bildirir ki, hökumət hazırda Rusiyadakı müxbir banklarla bağlı ciddi problem görmür və vəziyyəti diqqətlə izləyir.

"Bununla belə, ABŞ və Avropadakı müxbir banklarla bağlı bəzi çətinliklər, o cümlədən ödənişlərin icrasında gecikmələr var. Azərbaycan banklarının üçdə ikisinin ABŞ və Avropa banklarında müxbir hesabı olduğu halda, bəzi bankların müxbir bank xidmətlərinə çıxışı ilə bağlı problemlər davam edir"- deyə əlavə edilib.