29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirdən Sumqayıt Regional Mərkəzinə təqdirəlayiq TƏYİNAT

08.07.2022

"DM" media xəbər verir ki, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzinin rəisini vəzifəsindən azad edib.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub.

Onun yerinə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla sonlanan 44 günlük Zəfər Savaşında düşmənə qarşı qəhrəmanlıqla döyüşən hərbiçilərimizlə çiyin-çiyinə olan gözəl insan, bacarıqlı kadr polkovnik Fətullayev Vaqif Cəlal oğlu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universiteti alıb, daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Ahmet Yasevi Üniversitetini və (ODTÜ) Orta Doğu Texniki Universitetlərində müxtəlif zamanlarda təhsilini inkişaf etdirərək özünü müasir tələblərə uyğun kadr kimi formalaşdırmışdır.