29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kuleba: “Rusiya ABŞ və Aİ-yə alternativ ola bilməz”

08.07.2022

"Biz sabitliyi qorumaq, dərinləşən ərzaq və enerji böhranının qarşısını almaq və çoxtərəfliliyi onu məhv etməyə çalışanlardan qorumaq istəyiriksə, Moskvanın təcavüzkar müstəmləkəçiliyini dayandırmaq qlobal prioritetimiz olmalıdır”.

"DM" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba G20 XİN başçılarının iclasında çıxışı zamanı deyib.

O, Rusiyanın ABŞ və Aİ-yə alternativ ola bilmədiyini əlavə edib.

"Rusiya özünü ABŞ və ya Aİ-yə bir növ alternativ kimi təqdim etməyə çalışır. Rusiya alternativ deyil. Onlar tənəzzülə uğrayan, getdikcə təcrid olunmuş bir rejimdir və cəlb etməyə çalışdığı digər dövlətlərə problemdən başqa heç nə gətirə bilməz”.

Kuleba G20-ni Rusiyanın beynəlxalq hüquqa riayət etməsi və əsas qlobal prinsip və normalara hörmət etməsinə məcbur etmək üçün təcili və zəruri addımlar atmağa çağırış edib.

"Biz Rusiyanın yüksək enerji qiymətləri, aclıq və təhlükəsizlik təhdidləri vasitəsilə dünyanı şantaj etməsinə icazə verməməliyik. Rusiya müharibəyə son qoymalı, Ukrayna limanlarının qeyri-qanuni blokadasını dayandırmalı və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır", - ukraynalı naziri əlavə edib.