03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın 104 türkün qatili ilə gizli əməkdaşlığı - FOTO

27.09.2018

ABŞ-ın silah-sursat dolu 650 TIR-ı bu günə qədər 104 türk əsgərini şəhid edən PKK terrorçusu Azad Sımiyə verdiyi üzə çıxıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Sabah” qəzeti informasiya yayıb.
Məlumata görə, Türkiyə kəşfiyyatı 650 TIR-ın Deyr əz-Zordakı YPG-çilərə göndərildiyini aşkar edib. Sözügedən TIR-lar Pentaqon hərbçiləri tərəfindən YPG-nin Suriyadakı ikinci adamı, "Çiya Kobani” kod adlı "general” Azad Sımiyə təslim edilib.
Onun 20 ildən çoxdur PKK-nın içində fəaliyyət göstərdiyi, 16 əsgərin şəhid olduğu, 8 əsgərin yaralandığı Dağlıca hücumunu təşkil etdiyi bildirilib. Bundan başqa, Sıminin PKK-nın Türkiyənin sərhəddə yerləşən polis bölmələrinə təşkil etdiyi hücumlar zamanı şəhid olan 104 əsgərin əsas qatili kimi axtarışda olduğu qeyd edilib.