Böyük Britaniyanın yeni baş nazirinin seçiləcəyi vaxt açıqlanıb  
    
                          
     
                         08.07.2022
 
    
                        Böyük Britaniyanın Mühafizəkarlar Partiyası sentyabrın əvvəlində İcmalar Palatası yay tətilindən qayıdanda Boris Consonun yerinə yeni baş naziri seçməyi planlaşdırır.
Boris Consonun istefası barədə bəyanatı yeni partiya liderinin seçilməsi ilə bağlı daxili rəqabətə səbəb olub. Yarış planları bazar ertəsi "1922-ci il Komitəsi” adlanan iclasda təsdiqlənəcək.
Müsabiqə iki mərhələdə keçiriləcək. Birincidə mühafizəkar deputatlar uzun namizəd siyahısını iki dəfə azaldacaqlar. Bunun ardınca ölkə üzrə 100 min partiya üzvü arasında növbəti liderin müəyyən edilməsi üçün kampaniya keçiriləcək.
Mənbə: UNİAN