29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskidən Putinə MESAJ

08.07.2022

Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəyə görə məsuliyyət daşıdığını və onu bitirə biləcəyini başa düşməsini istəyir.

Bu barədə Zelenski CNN telekanalına müsahibəsində danışıb.

Aparıcının "Əgər Putin hazırda müsahibəyə baxsaydı, Zelenski ona nə deyərdi?” sualına Ukrayna prezidenti aşağıdakı cavabı verib:

"Mən onu konkret olaraq məlumatlandırılmağa ehtiyacı olan şəxs hesab etmirəm. Bizim ərazimizdə Rusiyanın başladığı qanlı müharibə gedir. Sadəcə, onun bunu xüsusilə etdiyini başa düşməsini istərdim. Dərk etsin ki, konkret olaraq buna son qoya bilər. Bütün mesaj bundan ibarətdir. Seçim artıq onundur: davam etmək və ya son qoymaq”.

Zelenski həmçinin vurğulayıb ki, ukraynalılar sülh sazişi və müharibənin başa çatması naminə torpaqlarından imtina etməyə hazır deyillər.