29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Conson: “Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir"

07.07.2022

"Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir. Amma gördüyünüz kimi, kütlə instinkti çox güclüdür”.

"DM” "Sky nyus”a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri xalqa müraciətində deyib.

"Mən Mühafizəkarlar Partiyasının gələcək liderinə bacardığım qədər dəstək olacağam. Dünyanın ən yaxşı işini tərk etdiyimin nə qədər kədərli olduğumu bilməyinizi istəyirəm.

Son bir neçə gündə mübarizə aparmağımın səbəbi təkcə şəxsi arzum deyildi. Eyni zamanda mən bilirdim ki, bu, mənim vəzifəm, öhdəliyimdir. Biz ölkəni panemiyadan keçirdik. Avropada peyvəndin ən sürətli paylanmasını təmin etdik. Vladimir Putinin Ukraynaya hücumunun qarşısının alınmasında Qərbə rəhbərlik etdik.”, - o söyləyib.