29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır”

07.07.2022

"30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi "Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda "Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu” haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, nəticədə Azərbaycan Ordusunu gücləndirərək 44 gün ərzində 30 illik işğalı sona çatdırıb:

"Azərbaycan-Türkiyənin əlaqələri bölgədə digər ölkələrə də örnəkdir. Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun. Onu sətir-sətir bilməliyik. Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır”.