07 09 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Yaponiyada naməlum şəxs bıçaqla məktəbli qızlara hücum edib

07.07.2022

Yaponiyanın şimal-şərqində naməlum 43 yaşlı kişi bıçaqla iki məktəbliyə hücum edib.

Bu barədə yerli "Kyodo” agentliyi məlumat yayıb.

Hadisə 2022-ci il iyulun 7-də Senday şəhərində baş verib. Bıçaqlanan iki qız xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hücum edən şəxs saxlanılıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına məktəbli qızları tanımadığını, lakin onları öldürmək istədiyini bildirib. Cinayətkarın motivləri açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Gazeta.ru