29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qriqoryan: “Tengiz” yatağını partlatmaq əmrini kim verib?

07.07.2022

İyulun 6-da səhər tezdən Qazaxıstanın ən böyük neft yataqlarından biri olan "Tengiz”də güclü partlayış baş verdi. Bəs bu partlayış təsadüfdürmü?

"DM" xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Qaust Qriqoryan paylaşıb.

"Tengizin neft ehtiyatları 3,2 milyard tondur. Bu, həqiqətən də böyük bir rəqəmdir. Burada əlavə etmək yerinə düşərdi ki, Qazaxıstan Qərbin sanksiyaları ilə üzləşmiş malların Rusiya və Belarusa gətirilməsini qadağan etmək barədə qərar hazırlayır. Yeni sənədə əsasən, Qazaxıstan hakimiyyəti bu cür yüklərə elektron hesab-fakturaları təsdiq etməyəcək, bunsuz isə malların Rusiya ilə Belarusa keçməsi qadağan ediləcək.

İyunun 17-də isə Tokayev Putinin qarşısında olarkən "dxr” və "lxr”i kvazidövlət adlandırdı.

"Tengiz”dəki partlayış Qazaxstanın bu əməllərinə Rusiyanın cavabı ola bilər. Bu güclü partlayışın arxasında Putin dayana bilər...” - deyə o qeyd edib.