29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: “Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyası iclasın vaxtını razılaşdırmalıdır”

07.07.2022

"Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının növbəti iclasını komissiyaların sədrləri razılaşdırmalıdır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.

"Bir məqamı qeyd edim. Sərhəd Komissiyasının formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı”, - deyə o əlavə edib.

Nazir bildirib ki, Birgə Sərhəd Komissiyasının gələcək iclaslarına dair razılaşma əldə edildikdən sonra onun yeri də müəyyən ediləcək.