29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: “Postmünaqişə dövrü region ölkələri üçün geniş imkanlar açır”

07.07.2022

"Cənubi Qafqazdakı postmünaqişə dövrü həm Azərbaycan, həm də region ölkələri üçün geniş imkanlar açır”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov "Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, Azərbaycan hazırda Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edir.

XİN başçısının sözlərinə görə, Azərbaycan bölgədə sülh, tərəqqi, təhlükəsizliyi təmin etmək üçün təkliflər verir.