29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda yeni “iPhone”ların qiymətləri bəlli oldu

26.09.2018

"Apple” şirkətinin təqdim etdiyi yeni "iPhone” modelləri Azərbaycana gətirilib. 
"Dövran Media"nın məlumatına görə, "iPhone Xs” və "iPhone Xs Max” smartfonlarının qiyməti barədə  "World Telecom” mağazalar şəbəkəsinin rəsmi saytında məlumat yerləşdirilib. 
"iPhone Xs”in qiyməti 2799 manatdan başlayır. 256 GB yaddaş tutumuna malik "iPhone Xs” modelinin qiyməti 3099, 256 GB yaddaş tutumuna malik "iPhone Xs Max”ın qiyməti isə 3599 AZN-dir. 
Digər telefon mağazalarından bildirdilər ki, onlar "iPhone”un yeni modellərini gətirməyiblər.
"iPhone” telefonlarının satışını həyata keçirən "Alma Store”dan Oxu.Az-a verilən məlumata görə, yeni telefonlar Azərbayacana bir-iki həftəyə gətiriləcək:
"Qiyməti gətirildikdən sonra açıqlanacaq”.