27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN: “Üçtərəfli işçi qrupun fəaiyyətində müəyyən tərəqqi əldə olunub”

06.07.2022

"Üçtərəfli işçi qrupun iyunun 3-də Moskvada keçirilmiş iclasında, həmçinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində həmsədrlərin görüşü nəticəsində müəyyən tərəqqi əldə olunub, nəqliyyat kommunikasiyaların bərpasının müxtəlif aspektləri ilə bağlı tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, üçtərəfli işçi qrup çərçivəsində regionda Azərbaycanın, Ermənistanın və onların qonşularının maraqlarına cavab verən dəmiryolu və avtomobil yolunun açılması müzakirə olunur.

A.Zaytsev həmçinin Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazir müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli işçi qrup çərçivəsində işlərin davam etdiyini bildirib.