28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

HİMARS Rusiya ordusunun 4 anbarını məhv edib

06.07.2022

Qərbdən HİMARS raketlərini alan Ukrayna cəbhədən onlarla kilometr aralıda yerləşən Rusiya silahlı qüvvələrinin ən strateji hədəflərini vurmağa başlayıb.

"DM" xəbər verir ki, bu barədə "Meduza” informasiya portalının analitik mərkəzi məlumat yayıb.

Analitiklərin sözlərinə görə, yüksək dəqiqliyə malik HİMARS raketləri son 10 gündə Rusiya ordusunun cəbhədən onlarla kilometr aralıda dörd iri silah-sursat anbarını məhv edib.

"Ukrayna artilleriyası yüsək dəqiqliklə rusların artilleriya anbarlarına hücum edir. Lakin öz növbəsində Ukrayna ordusu Lisiçansk bölgəsindəki döyüşlərdə ciddi itkilər verib. Buna görə də Severodonetsk, Lisiçansk və Qorskidə bu qədər uzun müddət qalmaq Kiyevin səhvi idi",- məlumatda bildirilir.