27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda Nizami Gəncəvinin dağılmış mozaikası bərpa olunur - FOTO

06.07.2022

Bakıda Nizami Gəncəviyə və dahi şairin əsərlərinə həsr olunan, dağılmış vəziyyətdə olan mozaikanın bərpasına başlanılıb.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəcəfqulu Rəfizadə və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşən abidənin bərpası işlərinə start verilib:

"Ərazidə Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş mozaika var. Həmin mozaikanın bərpası ilə bağlı artıq işlər başlanılıb. Yaxın zamanlarda işlər yekunlaşacaq. Ərazinin qarşısı da abadlaşdırılacaq”.