02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəis müavini: “Yol kənarlarında ot və kolları yandıranlar məsuliyyətə cəlb olunacaq”

06.07.2022

"Bəzi kənd ərazi nümayəndələri və bələdiyyə sədrləri yol kənarlarında təmizləmə işləri aparılmasını qurumuş ot və kolları yandırmaqda görürlər. Bu da küləkli havalarda yaşıllıq massivinin yanmasına səbəb olur”.

"DM" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov deyib.

Rəis müavini bildirib ki, bu kimi hallar baş verdiyi zaman həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Daha böyük ərazilər zərər görərsə, hətta cinayət məsuliyyətinə cəlb ediləcəklər.