02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səfir: "Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Türk Dövlətləri Təşkilatına örnəkdir"

06.07.2022

"Dünyanın geosiyasi dəyişikliyinə uyğun Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Türk Dövlətlər Təşkilatına örnəkdir".

"DM" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında bildirib.

Onun sözlərinə görə, Qarabağ zəfərinin Türkiyə-Azərbaycan münasibətləri baxımdan, bölgə baxımdan mühüm əhəmiyyətə malikdir.

Səfir deyib ki, Qarabağ zəfəri 44 gündə əldə edilib, Bakının azad edilməsi də 45 gün ərzində əldə edilib.

C.Bağcı bildirib ki, 44 Azərbaycan tarixində simvolik rəqəmdir: "Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilir. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib".

O xatırladıb ki, 2021-ci ilin iyunun 15-də Qafqazın incisi olan Şuşada bəyannamə imzalanıb və iradə ortaya qoyulub: "Bu bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu, sadəcə müdafiə , energetika sahələrində deyil, bütün sahələrdə əməkdaşlığımızın genişləndirməyimizin və dərinləşdirəcəyimizin iradəsidir. Bu sənəd hər iki ölkənin Milli Məclislərində təsdiq edilib. Bu sənəd bir təlimatdır ki, Türkiyə və Azərbaycan arasında münasibətlərinin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə vermək, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır".