02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada azərbaycanlılar beynəlxalq humanitar fond yaradıblar

06.07.2022

Ukraynada yaşayan azərbaycanlılar ölkədə gedən müharibə ilə əlaqədar olaraq beynəlxalq humanitar fond yaradıblar.

"DM"-nın məlumatına görə, "Atəş" Beynəlxalq Humanitar Fondunun təsisçiləri Ukraynanın Vinnitsa vilayəti üzrə Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov və Vinnitsanın əslən azərbaycanlı deputatı Teymur Abuşovdur.

Fond istər bu ölkədə yaşayan azərbaycanlıların, istərsə də müharibə üzündən müvəqqəti ölkədən çıxaraq dünyada yaşayanların Rusiyanın Ukraynada apardığı müharibə üzündən zərər çəkənlərə yardımlarını sistemləşdirmək, qanuni çərçivəyə salmaq niyyətindədir. Fond həmçinin Ukrayna ordusunun Vinnitsada müalicə olunan yaralı əsgərlərinə də yardım edir.

Müharibənin ilk günlərindən Ukraynada yaranan humanitar fəlakət ilə əlaqədar yardımlarda fəal iştirak edən azərbaycanlı təsisçilər fond vasitəsilə həmyerlilərinin səylərini birləşdirərək bunu daha geniş miqyaslı, eyni zamanda daha şəffaf təşkilinə nail olacaqlarını bildirirlər. Fond Ukraynada müharibə üzündən valideynlərini itirmiş uşaqlara, evlərindən məhrum qalmış ailələrə, yaralı əsgərlərə müxtəlif yardımlardan tutmuş orduya humanitar dəstəyə qədər missiyanı nəzərdə tutur.