02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin Rusiyada texniki səfərbərlik hazırlayır – Video

06.07.2022

Rusiya prezidentinin Ukraynaya qarşı başlatdığı müharibə ölkənin özünə də böyük problemlər və itkilər gətirir. Sıravi rus vətəndaşları bunu hər gün öz üzərlərində hiss edirlər. Ötən gün Putin səfərbərliyə hazırlıqla bağlı yeni fərman imzalayıb. Amma bu səfərbərlik çərçivəsində heç kim döyüşə göndərilməyəcək, buradakı vəzifələr fərqlidir.

"DM" xəbər verir ki, bu barədə "FreeDom” layihəsinin süjetində deyilir.

"Hərbi ekspert Oleq Jdanovun dediyi kimi, Rusiyanın kifayət qədər canlı qüvvəsi, texnikası və komponentləri yoxdur. Buna görə də Rusiyada texniki səfərbərlik haqqında fərman imzalamaq qərarına gəliblər. Bununla da müəssisələr dövlət müdafiə sifarişini yerinə yetirməli, kadr toplamalı və gecə-gündüz çalışmalıdırlar. Bu həm dövlət, həm də özəl müəssisələrə aiddir. Onlar anbar yerlərindən və birbaşa döyüş bölgəsindən gələn avadanlığı təmir etməli olacaqlar. İnsanlara üçnövbəli işə keçmək və məzuniyyətdən geri çağrılmaq, həftə sonları və bayram günlərində işləmək çətindir. Bu yaxınlarda Rusiyanın Dövlət Duması Rusiya Silahlı Qüvvələrində və Milli Qvardiyada hərbi xidmət təcrübəsi olmayan məktəb məzunları ilə müqavilə bağlamağı təklif edib. Beləliklə, Kreml Rusiya ordusunun döyüş "gücünü” artıra biləcək”, - məlumatda deyilir.