27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna 17,4 milyard dollarlıq bərpa planını təqdim edib

05.07.2022

Ukrayna Prezidentinin ofisi ölkənin sosial infrastrukturunun qısa zamanda bərpası üçün "Fast Recovery” adlı bərpa planı hazırlayıb.

"DM" epravda.com-a istinadən xəbər verir ki, bu barədə Prezident Zelenskinin ofis rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.

O, hazırlanan planın tətbiqi üçün 17,4 milyard dolların tələb olunduğunu əlavə edib:

"Söhbət fəaliyyətinə ən zəruri infrastruktur obyektlərinin bərpasından gedir”.

İsveçrənin Luqano şəhərində Ukrayna ilə bağlı keçirilən beynəlxalq konfransda açıqlanan planda yaşayış infrastrukturu ilə yanaşı, 400 məktəb, 300 bağça, 300 xəstəxana və bir sıra kommunal obyektlərin bərpası nəzərdə tutulur.