03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kafu səfir seçildi

26.09.2018

Sentyabrın 26-da Bakı İdman Sarayında braziliyalı futbol veteranı, ikiqat dünya çempionu Kafunun Xüsusi Olimpiya Hərəkatının səfiri elan olunmasına dair sənəd imzalanıb.
Verilən məlumata əsasən, mərasimdə veteran futbolçu ilə yanaşı, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.
D.Evangelista gənc liderlərin 20-ci Qlobal Forumunun Bakıda təşkilinə görə gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib: "Bu gün Kafu və Emmauelleni burada görmək xoşdur. Onun kimi məşhur futbolçu bizim səfirimiz olacaq. Bundan sonra da dairəmizi genişləndirməyə çalışacağıq”.
Kafu bildirib ki, Bakıya ilk səfərində bu cür tədbirdə iştirak etmək onun üçün çox xoşdur: "Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq mənim həyatımda ən xoşbəxt anlardan biridir. Puldan və hər bir qalibiyyətdən önəmlisi, məncə, uşaqların üzünü güldürməkdir”. Sonra Kafu və D.Evangelista əməkdaşlıq müqaviləsi imzalayıblar.
Qeyd edək ki, Kafu 1989-2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı müdafiəçi karyerası ərzində vətənində "San Paulu”, "Palmeyras”, İspaniyanın "Saraqosa”, İtaliyanın "Roma” və "Milan” klublarının formasını geyib. O, 1994 və 2002-ci il dünya çempionatlarının qalibidir.