18 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Qovulan rus diplomatlar meydan oxuyublar

04.07.2022

Bolqarıstandan qovulan 70 rusiyalı diplomat ölkəni Putinin şəkli olan futbolkalarda tərk edib.

"DM" xəbər verir ki, bu barədə "Euraktiv” məlumat yayıb.

Ölkəni tərk edən rusların ümumi sayı isə 180 nəfərdən çox olub:

"Diplomatlar ailələri ilə birlikdə ölkəni tərk ediblər. Qovulan 70 nəfərin hamısı diplomat deyil, onların bəziləri aşpaz, sürücü və ya bağban kimi texniki işçilərdir”.

Qeyd edək ki, Bolqarıstan 70 rus diplomatını persona non qrata elan edib. Bu, Britaniyanın 1971-ci ildə Soyuq müharibə zamanı 105 sovet diplomatını ölkədən çıxarmasından bəri ən böyük qovulmadır