11 08 2022-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
10/08/2022
09/08/2022

Millət vəkili şəhidimizin ailəsi ilə görüşüb

04.07.2022

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Emin Zahir oğlu Nəzərovun həyat yoldaşı Aysel Nəzərova və şəhidimizin övladları ilə görüşüb.

"DM" xəbər verir ki, Tovuz rayonununda baş tutan görüşdə şəhid ailəsinin qayğıları dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb.

Q.Paşayeva dövlətin, xalqın hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb, bundan sonra da belə olacağını deyib.

Millət vəkili şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.