19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb

04.07.2022

Abşeronda içərisində avtomobillər olan emalatxana yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Digah qəsəbəsində səkkiz boksdan ibarət, ümumi sahəsi 256 m² olan (hər birinin sahəsi 32 m²) avtomobil təmiri sexinin üç boksunun dam örtüyü və içərisində avadanlıqlar 96 m² sahədə, iki boksunun içərisində təmirə dayanan iki ədəd VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yüksək temperaturdan iki boksun lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Sexin qalan hissəsi və içərisində olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.