11 08 2022-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
10/08/2022
09/08/2022

Kuleba: Yunanıstan Rusiyaya kömək edir

04.07.2022

Yunanıstan şirkətləri Rusiyaya neft embarqosundan yan keçməyə kömək edir.

"DM" xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

"Biz Rusiyanın dünya dəniz ticarətindən tamamilə uzaqlaşdırılmasını istəyirik. Bunun üçün ilk növbədə gəmi operatorlarının öz tankerlərini Rusiyanın sərəncamına verməməsi lazımdır. Məndə olan son məlumatlara görə, Rusiya neftinin dəniz yolu ilə daşınması üçün ən böyük tanker tədarükçüləri Yunanıstanın özəl şirkətləridir. Hökumət şirkətləri deyil, mən Yunanıstan hökumətini günahlandırmıram, lakin özəl yunan şirkətləri Rusiyanı neft embarqosundan çıxaran ən böyük təchizatçılardır. Bu faktdır”, - Kuleba bildirib.