26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran və Azərbaycan XİN rəhbərləri Araz çayındakı ekoloji problemi müzakirə edib

04.07.2022

İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir.

"DM" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Keçən həftə Ankaraya səfərim zamanı qardaşım cənab Çavuşoğlu ilə yaxın vaxtlarda Tehranda xarici işlər nazirləri səviyyəsində İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyə Respublikasının üçtərəfli görüşünün keçirilməsi barədə razılığa gəldik. Bu gün qardaşım Ceyhun bəylə iclasın tarixi ilə bağlı razılıq əldə edəcəyik”, - İran XİN rəhbəri vurğulayıb.

O qeyd edib ki, elektrik enerjisi mübadiləsinin müzakirəsi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında razılaşdırılıb.

XİN rəhbəri Araz çayını əhatə edən ekoloji problemlərlə bağlı azərbaycanlı həmkarı ilə müzakirə apardığını da diqqətə çatdırıb: "Sərhəd əyalətlərimizi narahat edən məsələlərdən biri də sərhəd çayının çirklənməsi və Arazda yaranan ekoloji problemlərdir. Çayın çirklənməsi ilə bağlı ətraf mühitin ixtisaslaşmış sahəsində müzakirə edilib. Ümid edirik ki, bu istiqamətdə də təsirli tədbirlər görə bilərik”.