25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda pambıq sahəsində kütləvi zəhərlənmə

04.07.2022

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

"Qafqazinfo” xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985
Zilan Şövkətova – 2007
Səlamət Qəhrəmanova – 1961
Arzu Qəhrəmanova – 1987
Zamirə Qəhrəmanova – 1988
Aygün Şəvgiyeva – 1995
Ayşəgil Qəhrəmanova – 2000
Dilbər Qəhrəmanova (Rusiya vətəndaşı) – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.