25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın əczaçılıq şirkəti Rusiyaya suçiçəyi vaksininin tədarükünü dayandırır

04.07.2022

ABŞ-ın MSD əczaçılıq şirkəti tərəfindən Rusiyaya suçiçəyi, məxmərək, qızılca və qulaqdibi (parotit) əleyhinə vaksinlərin tədarükü dayandırılır.

Şirkət həmçinin digər istehsalçılardan vaksinlər tədarük etməyəcək, lakin analoqu olmayan dərmanlarının satışını saxlayacaq.

Perm İmmunologiya və Peyvənd Mərkəzi tədarükün dayandırılması barədə bildiriş alıb.

Eyni zamanda, MSD-dən bildirilib ki, Rusiyada analoqu olmadığı təqdirdə həyati vacib dərmanların və peyvəndlərin tədarükünü təmin etmək üçün hər cür səy göstərirlər.

Mənbə: Kommersant