İran və Azərbaycan XİN rəhbərləri Tehranda görüşüb - VİDEO  
    
                          
     
                         04.07.2022
 
    
                        					Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.
"DM"-nın məlumatına görə, bu gün səhər Tehrana səfər edən C.Bayramovu iranlı həmkarı ölkənin XİN binasında rəsmi qarşılayıb.
Daha sonra da nazirlər iki tərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.