28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan hədə: NATO bazası sizi qorumayacaq

04.07.2022

Finlandiya və İsveç ərazilərində NATO bazalarının yerləşdirilməsi bu ölkələri müdafiə etməyəcək.

"DM" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

"NATO bazalarının yerləşdirilməsi nə Finlandiyanı, nə də İsveçi müdafiə edəcək. Əksinə, bu, hərbi infrastrukturun yerləşəcəyi şəhərlərin sakinlərinə təhlükə yaradacaq”, - Volodin Finlandiyanın Lappinranta şəhər merinin bəyanatını şərh edərkən yazıb.

Qeyd edək ki, Finlandiyanın Lappinranta şəhərinin meri NATO bazasına ev sahibliyi etməyə hazır olduqlarını bildirmişdi.