11 08 2022-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
10/08/2022
09/08/2022

Kəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutulub - RƏSMİ + VİDEO

04.07.2022

İyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.