20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Estoniyanın Baş naziri NATO-nun tezliklə şərq cinahını gücləndirəcəyini bildirib

30.06.2022

NATO tezliklə şərq cinahını gücləndirəcək.

"DM" xəbər verir ki, bu bəyanatla Estoniyanın Baş naziri Kaya Kallas çıxış edib.

O bildirib ki, NATO tezliklə şərq cinahını Madrid sammitində təsdiq olunmuş plana əsasən gücləndirməyə başlayacaq.

Onun sözlərinə görə, Rusiya ilə sərhəddə NATO-nun möhkəmlənməsi planı "artıq sabahdan” həyata keçiriləcək:

"Bu planlar sadəcə kağız üzərində deyil, həm də reallıqdır. Biz tamamilə əminik ki, bu planlar həyata keçiriləcək. Biz addımbaaddım irəliləyəcək və bütöv bir il gözləməyəcəyik, elə sabahdan bu planların həyata keçirilməsinə başlayacağıq”.