20 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Qriqoryan: Bakı ilə bu 4 məsələ müzakirə edilir

30.06.2022

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün keçirilməsi yaxında mümkündür.

"DM"xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Bizdə məlumat var ki, belə bir görüşün yaxın vaxtlarda keçirilməsi mümkündür. İndi məsələ müzakirə olunur", - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Moskva və Brüsseldə Azərbaycanla 4 əsas məsələ müzakirə olunur:

"Bunlar humanitar məsələlərdir, burada əsas rolu əsirlərin qaytarılması, itkin düşənlər haqqında məlumatların toplanması oynayır. İkincisi, kommunikasiyaların açılması, sonra delimitasiya və demarkasiyadır. Eləcə də Qarabağ probleminin həllidir”.