20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

ABŞ Prezidenti Türkiyəyə “F-16” qırıcılarının tədarükünü vəd edib

30.06.2022

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində görüş zamanı Ankaraya "F-16” qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.

Danışıqlar zamanı ABŞ lideri Türkiyədən olan həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.

Məlumatı respublikaçı senator Qrem Lindsi də təsdiq edərək bəyan edib ki, Türkiyəyə "F-16”ların satışını dəstəkləyirlər.

"Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyəyə, ABŞ-a, NATO-ya və regional təhlükəsizliyə fayda verəcək”, - deyə Qrem Lindsi vurğulayıb.

Mənbə: NTV