30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan ABŞ-la birgə hərbi təlimlərə qatılacaq

25.09.2018

Türkiyə Azərbaycan v ABŞ hərbçiləri ilə birgə Aralıq dənizində hərbi təlimlərə başlayacaq.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir ki, birgə keçiriləcək hərbi təlimlər sentyabrın 28-də başlayacaq və oktyabrın 7-nə kimi davam edəcək.
Baş Qərargah tərəfindən edilən şərhə görə, təlimlər Türkiyənin ev sahibliyi ilə Aralıq dənizinin şərqində keçiriləcək.
Təlimlərə NATO ölkələri ilə yanaşı, Azərbaycan, Türkiyə, ABŞ, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə  Ərəbistanın da qatılacağı məlum olub.
"Mavi balina – 2018” adlanan təlimlərdə iştirakçı ölkələrin döyüş gəmiləri və dəniz aviasiyasından istifadə ediləcək.
Manevrlər zamanı hərbçilər dənizaltı, dənizüstü və havadan həyata keçiriləcək əməliyyatların birgə koordinasiyasını aparacaq.
Türkiyə tərəfindən təlimlərdə 4 ədəd freqat, 5 ədəd sualtı qayıq, 2 ədəd korvet, patrul katerləri, 3 mühafizə təyyarəsi və 6 helikopter iştirak edəcək.