26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ beş Çin şirkətini Rusiya ordusuna kömək etdiklərinə görə qara siyahıya salıb

29.06.2022

ABŞ beş Çin şirkətini sanksiyaları pozduqlarına görə qara siyahıya salıb.

Onların Ukraynanı işğaldan əvvəl və onun işğalı zamanı Rusiyanın hərbi və müdafiə şirkətlərinə kömək etdikləri düşünülür.

Ticarət Departamenti Çinin "Connec Electronic”, "King Pai Technology”, "Sinno Electronics”, "Winninc Electronic” və "World Jetta (HK) Logistics” şirkətlərini siyahıya əlavə edib. Faktiki olaraq Amerika şirkətlərinin siyahıdakı şirkətlərə ixracı qadağan edilir.

"Bugünkü hərəkətlər bütün dünyada hüquqi və fiziki şəxslərə güclü siqnal verir ki, onlar Rusiyaya dəstək verməyə çalışsalar, ABŞ onları dayandıracaq”, - deyə Ticarət Departamentinin katibinin müavini Alan Esteves qeyd edib.

Mənbə: Ekonomiçeskaya pravda