03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

29.06.2022

"Azərbaycan ərazilərinin, xüsusən də Zəngilanın işğalının mənfi nəticələrindən biri də Oxçuçayın çirklənməsidir”.
 
Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla İş sektorunun müdiri Həbib Mikayıllı "Su ehtiyatlarının davamlı idarə olunması üzrə tərəfdaşlığın və fəaliyyətlərin təşviqi” mövzusunda Beynəlxalq Su Konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Oxçuçaya Ermənistanda fəaliyyət göstərən müəssisələrdən zəhərli tullantılar tökülüb: "Təəssüf ki, hətta bir beynəlxalq şirkət də bununla məşğul olub. Biz onun çayın təmizlənməsinə kömək etməsi məsələsini dəfələrlə qaldırmışıq”.

H.Mikayıllı vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda müasir tarixdə ən böyük bərpaetmə işlərindən biri həyata keçirilir və buraya su idarəçiliyinin təkmilləşdirilməsi də daxildir.