20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Beynəlxalq KİV-lər “Anadolu Qartalı – 2022” təlimlərində - VİDEO

29.06.2022

Beynəlxalq kütləvi informasiya agentliklərinin əməkdaşları Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimlərini izləyəcəklər.

Taktiki uçuş təlimlərində Azərbaycan və Türkiyədən başqa, İngiltərə, İordaniya, Pakistandan olan pilotlar iştirak edirlər.

Konya şəhərində təşkil edilən beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı "Su-25” və "MiQ-29” qırıcı təyyarələri təmsil edir.

Beynəlxalq taktiki uçuş təlimlərinin əsas məqsədi - xilasetmə və havadan yardım hərəkatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, təlimlər iyunun 20-də başlayıb və iyulun 1-dək davam edəcək.

Mənbə: Haber Global