02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün vəfat edən Cüneyt Arkının vəsiyyəti açıqlanıb - VİDEO

28.06.2022

Türk kinosunun əfsanəvi simalarından olan Cüneyt Arkın dünən axşam saatlarında evində halı pisləşərək xəstəxanaya aparılıb. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümündən sonra aktyorun vəsiyyəti ortaya çıxıb.

Cüneyt Arkın daha əvvəl Bilal Özcanın "Laf aramızda” proqramında iştirak etmiş və söhbət zamanı qazandığı pulla heç vaxt sərmayə etmədiyini demişdi: "Pulun, şöhrətin qədrini bilmədik. Uzun ömür yaşasam, səfalət içində qala bilərəm, ölə bilərəm”.

Atlara xüsusi marağı ilə tanınan Cüneyt Arkın proqramda vəsiyyətini açıqlayıb:

"Atım Həsrətimin yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. "Məni valideynlərimin yanında dəfn edin”, dedim”.