28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin generalları niyə tez-tez dəyişir?

28.06.2022

Vladimir Putin Rusiya Baş Qərargahında onun əmrlərini vaxtında yerinə yetirə bilmədiklərinə görə generalları tez-tez dəyişir.

"DM" xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.

O bildirib ki, Rusiya ordusunda kadr dəyişikliklərindən sonra keyfiyyət dəyişikliyi olmayacaq:

"Putin daim məqsədlərini dəyişir. Putinin komandirləri onun qarşısına qoyduğu hədəfləri vaxtında yerinə yetirmirlər. Severodonetsk ələ keçirildi, lakin onun planına görə xeyli gecikdi. Kadr dəyişiklikləri davam edəcək. Putinin özünə yaxın adamları dəyişməyə başlaması çox mühüm hadisədir. Dvornikov da belə idi. Bu o deməkdir ki, o özünü gücsüz hiss edir. Ancaq başa düşmək lazımdır ki, bu insanların hamısı eyni hərbi təfəkkürə, eyni yanaşma mədəniyyətinə sahibdirlər. Və doğrudan da komandanlığın dəyişməsində heç bir xüsusi dəyişiklik olmayacaq”, - o bildirib.