28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskov: Belarusa nüvə başlıqlı raketlər verilir?

28.06.2022

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı Minskə nüvə başlıqlı raketlərin verilməsindən danışmayıb.

"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident bu barədə danışmayıb. O, texniki cəhətdən müxtəlif silah növlərini daşımağa qadir olan komplekslərdən danışıb”, - Peskov bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirilən görüşdə yaxın aylarda Moskvanın "İsgəndər-M” raket komplekslərini Minskə təhvil verəcəyini bildirmişdi. G7 ölkələrinin liderləri də Rusiyanın nüvə başlığı daşıya bilən raketləri Belarusa verməsi ilə bağlı ciddi narahatlıqlarını bildirmişdilər.