27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2022-ci ilin dövlət büdcəsinin müzakirəsi başlayıb

28.06.2022

Parlament "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb.

"DM" xəbər verir ki, büdcə layihəsini deputatlara Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri təqdim olunan qanun layihələrində dövlət büdcəsində yaranan əlavə gəlirlərin dövlətin qarşısında duran əsas məsələlərin həllinə, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə yönəldilməsini yüksək dəyərləndirib. Bildirib ki, dövlət büdcəsində yaranan bu yeni imkanlar müdafiə, təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin öz yurdlarına qayıtması istiqamətlərində işləri qısa müddət ərzində təmin etməyə imkan verəcək.

Komitə sədri əlavə edib ki, büdcə Azərbaycanın qarşısında duran çağırışlara cavab verəcəyini, bunun üçün maliyyə bazası yaradacağını qeyd edib. O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.