28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da yük maşınından 46 miqrantın meyiti aşkar edilib - VİDEO

28.06.2022

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınından 46 miqrantın meyiti tapılıb.

Ağır vəziyyətdə olan 16 nəfər yük maşınının qoşqusundan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Onlardan dördünün azyaşlı olduğu bildirilir.


Sağ qalanlar isə hipertermiyadan və uzun müddət davam edən qızdırmadan əziyyət çəkirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

İlkin məlumata görə, kütləvi insan ölümünə yük maşınının qoşqusunda kondisionerin işləməməsi və qoşquda içməli suyun olmaması səbəb olub.

Mənbə: BBC